Video, şəkil və kompozisiyalarda bulanıqlığı necə aradan qaldıraq?

Render şəkillərində və ya hazırladığımız videolarda bəzən bulanıq səhnələr və net görünməyən görüntülərlə qarşılaşırıq. Bu problem əsasən kiçik ölçülü videoları böyütdükdə və ya aşağı resolution ilə render etdikdə yaranır. Məsələn, telefon render etmişik, amma yazılar oxunmur və ya AI ilə hazırladığımız videoda görüntü bulanıq görünür, kəskin kənarlar seçilmir. Bu isə ümumi olaraq video və ya şəklin keyfiyyətsiz görünməsinə səbəb olur. Aşağıdakı şəkil nümunəsinə baxaraq aradakı fərqi müqayisə edə bilərsiniz.
Bu problemi tam aradan qaldırmasa da, müəyyən qədər azaltmağa kömək edən bir həll mövcuddur. Claude.ai vasitəsilə hazırladığımız bu script ilə videoları şəkilləri və kampazisyaları daha canlı göstərə, bulanıqlığı azalda və kənarları daha kəskin edə bilərik
Effektin istifadə qaydası
Məqalənin sonunda paylaşdığımız scripti yükləyərək aşağıdakı qovluğa əlavə edin. Windows: C Disk > Program Files > Adobe > Adobe After Effects > Support Files > Scripts > ScriptUI Panels Mac: /Applications/Adobe After Effects/Scripts/ScriptUI Panels Bu zaman script After Effects daxilində Window panelinin aşağı hissəsində daimi olaraq görünəcək və rahat şəkildə istifadə edilə biləcək. Effekti tətbiq etmək üçün əvvəlcə istifadə edəcəyiniz şəkil, video və ya kompozisiya layerini seçib Apply düyməsinə basmağınız kifayətdir.
Qeyd edək ki, şəkilin və ya videonun ölçüsündən asılı olaraq Blur Radius dəyərini artırmaq və ya azaltmaq lazım ola bilər.
Pulsuz Fayıllar:




