Biz Bakı mərkəzli kreativ studiyayıq.

Animoore Studio 300-dən çox layihəni uğurla həyata keçirmiş kreativ dizayn və animasiya studiyasıdır. Biz ən mürəkkəb ssenariləri belə aydın və cəlbedici vizual hekayəçiliyə çevirərək, kreativ həlləri sürətli və peşəkar şəkildə təqdim edirik.

350+Tamamlanan layihələr
10il təcrübə
35+Tərəfdaşlar
300+Dəqiqə animasiya
01

Sürətli və Etibarlı

Animoore layihələri yüksək sürət, peşəkar yanaşma ilə təqdim edir. İllərdir əməkdaşlıq etdiyimiz bir çox brend və müştəri bunu təsdiqləyir.

02

Dəstək

Brendlər üçün hazırladığımız bütün həllər illərlə arxivdə saxlanılır ki, ehtiyac olduqda yenilənmə, düzəliş və davamlı dəstək təqdim edə bilək.

03

Təcrübə

Komandamız ölkənin aparıcı brendləri ilə uzunmüddətli əməkdaşlıq təcrübəsinə sahib, yüksək ixtisaslı və peşəkar mütəxəssislərdən ibarətdir.

04

Çeviklik

Kiçik bir brief əsasında komandamız layihənin bütün kreativ və istehsal prosesini tam şəkildə idarə edərək, final həllini sürətli və peşəkar şəklildə təqdim edir.

05

İntizam

Komandamız sorğularınıza operativ şəkildə cavab verir və yarana biləcək problemləri maksimum qısa müddətdə həll edir.

06

Kreativlik

Biz hər zaman qlobal trendləri izləyir və onları öz kreativ üslubumuzla yenidən formalaşdırırıq. Məqsədimiz hər kəs üçün aydın, cəlbedici və rahat anlaşılan vizual həllər yaratmaqdır.

Biz brendlər üçün motion design, 3D vizuallaşdırma, brand storytelling (brend hekayələndirməsi) və strateji kontent istehsalı xidmətləri təqdim edirik. Məqsədimiz brendlərin vizual kimliyini gücləndirən, auditoriya ilə effektiv əlaqə quran və biznes hədəflərinə xidmət edən yaradıcı həllər hazırlamaqdır.

Layihənin müddəti onun mürəkkəbliyindən asılı olaraq dəyişir, lakin əksər layihələr başlanğıcdan son təhvillə qədər təxminən 1–2 həftə ərzində yekunlaşır.

Mərc oyunları və qumar sektoru istisna olmaqla, bütün sahələrə xidmət göstəririk.

Brendinizi Animoore ilə Formalaşdırın